İDMAN


“Baku Open”: 12-13 yaşlı karateçilər və yeniyetmələr arasında ən güclülər müəyyənləşib

Bakı, 16 mart, AZƏRTAC

“Baku Open” beynəlxalq karate turnirində kumite üzrə 12-13 yaşlılar və yeniyetmələr arasında ən güclülər müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, 12-13 yaşlı oğlanların mübarizəsində qalib adını Azərbaycan idmançıları Həsən Əhmədov (45 kq), Məhəmməd Xamoyev (45 kq), Aslan Dostuyev (50 kq), Nihad İsmayılov (55 kq), Vahid Həsənov (+55) qazanıblar. Qızların yarışlarında isə azərbaycanlı karateçilər Fatimə Cəbrayılova (42 kq), Süsənbər Həsənzadə (47 kq) və Qazaxıstan təmsilçisi Aida Bitimbaeva (+47 kq) qızıl medala layiq görülüblər.

Turnirdə 12-13 yaşlı oğlanlar arasında kata yarışında təmsilçilərimiz Həsən Əlizadə, qızların mübarizəsində Samirə Məmmədova birinci olublar. Yeniyetmələrin mübarizəsində isə kata üzrə karateçilərimiz Zəhra Qurbanzadə qızlar, Emin Namazov oğlanlar arasında çempion olublar.

Yeniyetmələr arasında kumite üzrə oğlanların yarışında Ruslan Qafarlı (57 kq), gürcüstanlı Givi Verxadze (63 kq) və Saba Mania (70 kq) birinci yeri tutublar. Azərbaycan təmsilçiləri Fidan Dadaşova (47 kq), Çinarə Xəlilova (54 kq) və Ukrayna idmançısı Aryna Bezrebraya (+54 kq) qızlar arasında qalib adını qazanıblar.

Turnirə martın 17-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.