CƏMİYYƏT


Bal yarmarkasında iştirak edən arıçılar təltif olunublar

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də paytaxtda təşkil olunan bal yarmarkasında iştirak edən arıçılar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təltif ediliblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, mükafatlandırılma mərasimində 321 arıçıya yarmarkada iştiraklarına görə “İştirak şəhadətnaməsi”, 24 arıçıya keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri ən yüksək bal və arıçılıq məhsulları təqdim etdiyinə görə “Keyfiyyətli arıçı” sertifikatı, 38 arıçıya nümunəvi iştirakına, nizam-intizam qaydalarına yüksək səviyyədə riayət etdiyinə görə “Fərqlənmə sertifikatı”, 10 arıçıya isə www.bal.kendden.az  saytında keçirilən reytinq sorğusuna əsasən müştərilər tərəfindən məhsulları yüksək qiymətləndirildiyinə görə “Reytinq sertifikatı” təqdim olunub.

“Aqrar Tədarük və Təchizat” ASC və Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutan arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasında ölkənin 37 rayon və regionu üzrə 321 arıçı iştirak edib. Hər arıçı satışa hər arı ailəsi üzrə 10 kiloqram olmaqla, maksimum 400 kilqoram bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla, maksimum 30 ədəd arı şanı (çərçivə) çıxarmaq hüququna malik olub. Yarmarkaya təqdim olunan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laboratoriya şəraitində yoxlanılıb. Satışa keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri uyğun olan arıçılıq məhsulları buraxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.