CƏMİYYƏT
Balakən rayonunda evdən oğurluq edən şəxs saxlanılıb
Bakı, 7 yanvar, AZƏRTAC
Balakən rayon sakini polis şöbəsinə ərizə ilə müraciət edərək evindən oğurluq olunması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayon polis şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər. Oğurluğu törətmiş şəxsin Zaqatala rayonunun Aşağı Tala kənd sakini Ramin Babayev olduğu müəyyənləşdirilib.
Araşdırmalarla onun vətəndaşa məxsus evdən 800 manat dəyərində televizoru və samovarı oğurladığı aşkarlanıb. Oğurlanmış əşyalar maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.