CƏMİYYƏT


Balakən və Gəncə məktəbliləri ilə “Sağlam məktəbli” layihəsi çərçivəsində görüş keçirilib

Bakı, 14 mart, AZƏRTAC

Ümumtəhsil məktəblərində maarifləndirmə tədbirlərini davam etdirən Qida Təhlükəsizliyi Agentliyi “Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti görüşləri Balakən şəhərindəki Nizami adına 1 nömrəli orta, Balakən şəhərindəki Nəsimi adına 2 nömrəli tam orta, Gəncə şəhərindəki M.C.Paşayev adına 39 nömrəli tam orta məktəblərinin şagirdləri ilə keçirilib.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, keçirilən tədbirlərdə şagirdlərə layihə haqqında geniş məlumat verilib, “Qida zəncirinin mərhələləri” və “Şəkərin ziyanları” mövzularında videoçarxlar təqdim edilib.

Agentliyin mütəxəssisləri tərəfindən məktəblilərə məktəbli çantasının hazırlanması qaydaları, qida təhlükəsizliyinə dair ilkin vərdişlər, enerji içkilərinin insan orqanizminə zərərləri və qida məhsullarının risk dərəcəsinə görə qruplaşdırılması barədə ətraflı məlumat verilib.

Görüşlər zamanı məktəbliləri maraqlandıran suallara cavablar verilib və maarifləndirici materiallar paylanılıb, onların “Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsində iştirak etmələri tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.