İQTİSADİYYAT


“Bank Standart” KB-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq

“Bank Standart” KB-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq

Bakı, 10 yanvar, AZƏRTAC

Yanvarın 26-sı saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Bank Standart” Kommersiya Bankının balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

Fonddan AZƏRTAC-a bildirilib ki, daşınmaz əmlak Gəncə şəhəri, Nizami rayonu, M.Abbas Abbaszadə küçəsindəki 1 mərtəbəli, 4 otaqlı, 70,2 kvadratmetr yaşayış və 27,1 kvadratmetr köməkçi sahədən (ümumi sahəsi 0,0427 hektar) ibarətdir. Daşınmaz əmlakın ilkin satış qiyməti 150 min manatdır.

Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, məhəllə 593, Əbdülvahab Salamzadə küçəsi 2C (3-cü mərtəbə). Tel: 050/055-206-66-67

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.