İQTİSADİYYAT


“Bank VTB (Azərbaycan)” Azərbaycan şirkətlərinə xarici bazarlara çıxmağa yardım etməyə hazırdır

Bakı, 23 noyabr, AZƏRTAC

“Bank VTB (Azərbaycan)” xarici bazarlara çıxmaq niyyətində olan Azərbaycan sahibkarlarına yardım etməyə, müştərilərinə MDB, Avropa, Asiya və Afrika ölkələrində kompleks bank xidmətləri göstərməyə hazırdır. Bu baxımdan, ilk növbədə, VTB Qrupun nümayəndəliklərinin fəaliyyət göstərdiyi, Azərbaycanın geniş ticarət əlaqələri olan ölkələr nəzərdən keçirilir”, – deyə bankın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.

İdarə heyətinin sədri vurğulayıb ki, Azərbaycan ilə Gürcüstan arasında sıx iqtisadi əlaqələr mövcuddur. Gürcüstan ölkənin mühüm xarici ticarət tərəfdaşına çevrilib. Bu baxımdan “Bank VTB (Azərbaycan)” Azərbaycandakı tərəfdaşları ilə işbirliyi qurmağa, nəqliyyat, tikinti və neft-kimya sahələrində birgə layihələrin maliyyələşməsinə VTB-nin Gürcüstandakı nümayəndəliyini cəlb edir. Yuri Yakovleviç, həmçinin əlavə edib ki, “Bank VTB (Azərbaycan)” Belarus və Qazaxıstandakı tərəfdaşları ilə Azərbaycan şirkətləri arasında əməkdaşlığın qurulmasında yaxından iştirak etməyə hazırdır.

“Bank VTB (Azərbaycan)”ın da daxil olduğu VTB Qrupu 20-dən çox ölkədə 30 bank və maliyyə şirkətini özündə birləşdirən beynəlxalq şəbəkəyə malikdir. Bu cür çoxşahəli şəbəkə VTB-yə müştərilərinə MDB, Avropa, Asiya və Afrika ölkələrində geniş spektrli bank xidmətləri göstərməyə şərait yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.