İQTİSADİYYAT


Banklararası Kart Mərkəzi üzərindən keçən il 39,7 milyon kart əməliyyatı aparılıb

Bakı, 1 iyun, AZƏRTAC

2019-cu il ərzində ölkədə emissiya olunan ödəniş kartlarından istifadə edilməklə xidmət mərkəzləri arasında aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin ölkə daxilində həyata keçirilməsinin təmin edilməsi məqsədilə yaradılmış Banklararası Kart Mərkəzinin (BKM) fəaliyyətinin davamlılığı təmin olunub.

AZƏRTAC Azərbaycan Mərkəzi Bankına (AMB) istinadla xəbər verir ki, il ərzində BKM üzərindən 39,7 milyon kart əməliyyatı aparılıb, əməliyyatların həcmi 1 milyard 336 milyon manat, 10,3 milyon ABŞ dolları, 3 milyon avro təşkil edib. 2018-ci illə müqayisədə sistemdə emal olunan əməliyyatların həcmi manat üzrə 35 faiz, ABŞ dolları üzrə 85 faiz, avro üzrə 51 faiz artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.