İQTİSADİYYAT


Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi yeni inkubasiya proqramına başlayıb

Bakı, 2 dekabr, AZƏRTAC

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi yerli startapların inkişafını sürətləndirən bilik və bacarıqları aşılayan inkubasiya proqramında iştirak etmək istəyənlərin qeydiyyatına başlayıb.

İnnovasiyalar Agentliyindən AZƏRTAC-a bildirilib ki, hədəf yerli startapların sahibkarlıq biliklərini və bacarıqlarını zənginləşdirmək, mentor dəstəyi vermək, uğurlu biznes alətləri və vasitələri ilə məhsulunu daha tez inkişaf etdirmək metodları haqqında məlumatlandırmaq və dünya bazarına çıxış yollarını göstərməkdir.

İnkubasiya proqramı 6 ay davam edəcək və 2 hissədən ibarət olacaq:

- sahibkarlıq tədris planı və fərdi mentorluq sessiyaları

- kovörkinq və əməkdaşlıq, fərdi mentorluq sessiyaları

Proqram Azərbaycan və ingilis dillərində, onlayn və oflayn keçiriləcək.

Seçim tələbləri:

- komandanın ən azı 2 üzvünün (texniki və biznes) olması

- tam iş günü çalışa bilən üzvün olması

- minimal məhsulun və ya işlək prototipin olması

Qeydiyyatdan keçmək üçün bu linkə daxil olun: https://forms.gle/1pFScjWMGjRwnHxXA

Qeydiyyat üçün son tarix dekabrın 21-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.