İDMAN


“Barselona” klubu Şarunas Yasikyaviçyus ilə üçillik müqavilə imzalayıb

Bakı, 3 iyul, AZƏRTAC

“Jalgiris” basketbol klubu ilə yollarını ayıran Şarunas Yasikyaviçyus bundan sonra karyerasını “Barselona”da davam etdirəcək. Litvalı mütəxəssis bu postda Svetislav Peşiçi əvəz edəcək.

AZƏRTAC xəbər verir ki, İspaniya klubu məşqçi ilə üçillik müqavilə imzalayıb.

Ş.Yasikyaviçyus 2016-cı ildən “Jalgiris”də çalışırdı. Onun başçılığı altında kaunaslılar XXI əsrdə ilk dəfə Avroliqada “Dördlər finalı”nda oynamaq imkanı qazanıblar. Elə “Barselona” da Yasikyaviçyus üçün yad klub deyil. Belə ki, 2003-cü ildə litvalı oyun qurucusu bu klubda Avroliqanın qalibi olub.

Litva mətbuatı mütəxəssisin “Barselona”dakı məvacibini də müəyyənləşdirə bilib. O, qarşıdakı üç mövsüm ərzində ilə 3 milyon avro maaş alacaq. Halbuki onun xidmətində “Fənərbağça” da maraqlı idi. İstanbul klubu Yasikyaviçyusa 2 ilə 3,2 milyon avro məvacib təklif etmişdi.

Yasikyaviçyusun gedişindən sonra isə “Jalgiris”i onun köməkçisi Darius Maskolyunas çalışdıra bilər. Amma Yasikyaviçyus onu “Barselona”da köməkçisi kimi görmək istəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.