İDMAN


“Barselona” klubu Serxi Roberto ilə müqaviləni yeniləyib

“Barselona” klubu Serxi Roberto ilə müqaviləni yeniləyib

Bakı, 6 mart, AZƏRTAC

“Barselona” futbol klubu yarımmüdafiəçisi Serxi Roberto ilə müqaviləni yeniləyib.

AZƏRTAC xəbər verir ki, yeni müqaviləyə əsasən, 31 yaşlı futbolçu 2024-cü ilin yayınadək La Liqa klubunda oynayacaq.

Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti mövsümün sonunda başa çatırdı.

Futbolçu “Barselona”nın öz yetirməsidir. O, 2010-2011-ci il mövsümündən bu klubun əsas komandasında çıxış edir. İspaniya yığmasında da oynamış futbolçu “Barselona”da meydana çıxdığı 340 matçda 15 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.