CƏMİYYƏT


Baş Dövlət Yol Polisi İdarəsi vakansiya elan edib

Baş Dövlət Yol Polisi İdarəsi vakansiya elan edib

Bakı, 7 dekabr, AZƏRTAC

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan qeydiyyat-imtahan idarəsi Salyan “ASAN xidmət” mərkəzi üzrə vakansiya elan edib.

İdarədən AZƏRTAC-a bildirilib ki, vakansiya ilə bağlı Salyan rayonunda daimi qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının qadın cinsli vətəndaşlar iştirak edə bilərlər.

Müsabiqəyə yaşı 20-30 arasında, boyu 160 santimetrdən yuxarı, ali və ya orta-ixtisas təhsili olan vətəndaşlar müraciət edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyənlər dekabrın 10-dan 30-dək Bakı şəhərinin Xırdalan-Binəqədi şosesi 4 ünvanında yerləşən Baş Dövlət Yol Polisi İdarəsinə (iş günləri saat 10:00-dan 17:00-dək) müraciət edərək şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənəd, əmək kitabçası (olduqda) təqdim etməlidirlər.

Əlavə məlumat üçün telefon nömrələri: (012) 590-81-39-dur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.