CƏMİYYƏT


Baş Prokurorluğun “Instagram”dakı səhifəsində sual-cavab sessiyası keçirilib VİDEO

Baş Prokurorluğun “Instagram”dakı səhifəsində sual-cavab sessiyası keçirilib  VİDEO

Bakı, 21 avqust, AZƏRTAC 

Avqustun 21-də saat 09:00-dan 15:00-dək Baş Prokurorluğun “Instagram” sosial şəbəkəsindəki səhifəsində prokurorluqla sual-cavab adlı sessiya keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ictimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətlər qeydə alınıb.

Sessiya zamanı 107 müraciət daxil olub, müraciətlərin dərhal Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən cavablandırılması təmin edilib.

Bundan başqa, sessiya zamanı işə qəbul olunma ilə bağlı suallar ətraflı cavablandırılıb.

Növbəti sual-cavab sessiyası Baş Prokurorluğun “İnstagram” sosial şəbəkəsindəki səhifəsində avqustun 28-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.