DÜNYA


Baş nazir Tereza Mey jurnalist Camal Kaşıkçının ölümündə şübhəli bilinən şəxslərin vizasının ləğv ediləcəyini deyib

London, 1 noyabr, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Tereza Mey jurnalist Camal Kaşıkçının ölümündə şübhəli bilinən Səudiyyə Ərəbistanı vətəndaşlarının vizalarının ləğv ediləcəyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Baş nazir parlamentdəki çıxışı zamanı Daxili İşlər Nazirliyinin şübhəli bilinən şəxslərin ölkəyə girişinin qarşısını almaq üçün qanuni yollara müraciət edəcəyini bildirərək deyib: “Əgər o şəxslərin vizası varsa, həmin vizalar da ləğv ediləcək”.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.