DÜNYA


Batumi otelində yanğın nəticəsində ölənlərin 10-u Gürcüstan, 1-i İran vətəndaşıdır

Tbilisi, 25 noyabr, AZƏRTAC

Batumidə oteldə baş vermiş yanğın nəticəsində ölənlərin kimliyi məlum olub.

AZƏRTAC xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, həlak olanların 10-u Gürcüstan, 1-i nəfəri isə İran vətəndaşıdır.

Xatırladaq ki, dünən gecə Batumidəki "Leogrand" hotelində baş vermiş yanğın nəticəsində 11 nəfər ölüb, 21 nəfər yaralanıb. Yanğın hoteldəki spa-salon mərkəzində başlayıb. Yanğınsöndürənlər 7-ci mərtəbədə təcrid olunmuş vəziyyətdə qalan 100-dək insanı xilas edə biliblər.

Azərbaycanın Batumidəki Baş konsulu Rəşad İsmayılov AZƏRTAC-a bildirib ki, ölən və xəsarət alanlar arasında azərbaycanlı yoxdur.

Beşulduzlu "Leogrand" mehmanxanası Batuminin ən yaxşı hotellərindən biri sayılır. Bina 2015-ci ildə liman ərazisində inşa edilib. Tikintisi 35 milyon dollara başa gələn oteldə 182 otaq var.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.