DÜNYA


Bayden administrasiyası Somalidə İŞİD-in yerli liderinin məhv edildiyini açıqlayıb

Bayden administrasiyası Somalidə İŞİD-in yerli liderinin məhv edildiyini açıqlayıb

Bakı, 27 yanvar, AZƏRTAC

ABŞ ordusu İŞİD-in Somalidə əsas vasitəçisi Bilal əl-Sudani və 10-a yaxın silahlını məhv edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti administrasiyasının yüksəkrütbəli rəsmisi bildirib.

Terrorla mübarizə əməliyyatı Somalinin şimalında ABŞ Prezidenti Cozef Baydenin göstərişi ilə həyata keçirilib.

Qeyd edilib ki, diqqətli planlaşdırma və planın qüsursuz icrası nəticəsində ABŞ hərbi qulluqçuları və mülki şəxslər arasında itki yoxdur.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin də əl-Sudaninin yanvarın 25-də məhv edildiyini təsdiqləyib. Bildirib ki, əl-Sudani İŞİD-in Afrikada artan mövcudluğunu asanlaşdırmaq və qrupun bütün dünyada, o cümlədən Əfqanıstandakı əməliyyatlarını maliyyələşdirməkdə məsul olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.