İDMAN


Bədii gimnastlarımız Polşada uğurla çıxış ediblər

Bakı, 8 aprel, AZƏRTAC

Bədii gimnastlarımız Polşanın paytaxtı Varşavada “İrina Cup” beynəlxalq turnirində uğurla çıxış ediblər.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışda ilk medalı milli komandamızın gənclərdən ibarət qrup hərəkətləri komandası qazanıb. Fəridə Səfiyarzadə, Milana Əkbərova, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə və Nəzrin Cəfərzadədən ibarət komandamız çoxnövçülük yarışlarında turnirin qızıl medalını qazanıblar.

Fərdi proqramda çıxış edən gimnastlarımız da yarışları medalla başa vurublar. Belə ki, millimizin gənc, eyni zamanda potensiallı üzvlərindən olan Nərminə Səmədova komandamızın hesabına 3 medal yazdırıb. Gimnastımız gürzlər və iplə icrasına görə, fəxri kürsünün ilk pilləsinə yüksələrək qızıl medala sahib olub. Çoxnövçülük proqramında isə gimnastımız bürünc medal qazanıb.

Digər təmsilçimiz Arzu Cəlilova isə iplə hərəkətlərinə görə, gümüş medala layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.