DÜNYA


Bəhreyndə müxalifət lideri ömürlük həbs cəzasına məhkum edilib

Tehran, 6 noyabr, AZƏRTAC

Bəhreyn məhkəməsi Beynəlxalq İslam Partiyasının baş katibi Şeyx Əli Salmanı ömürlük həbs cəzasına məhkum edib.

AZƏRTAC xəbər verir ki, digər ərəb dövlətlərinə qoşularaq Bəhreynin də Qətər ilə diplomatik əlaqələrini kəsməsinə etiraz edən Ş.Ə.Salman casusluqda ittiham olunub. Partiya sədri bildirib ki, Qətər ilə əlaqələri kəsmək milli maraqlara ziddir.

Ş.Ə.Salman Qətərə səfər edərək həmfikirləri ilə görüşdən qayıtdıqdan sonra həbs olunub. Məhkəmə araşdırması zamanı ortaya partiya sədrinin casusluq etməsinə dair ciddi dəlil-sübut qoyulmasa da, onunla bağlı ömürlük həbs qərarı çıxarılıb. Ş.Ə.Salman ilə yanaşı, onun iki həmfikri - Bəhreyn müxalifətinin aparıcı simaları sayılan Şeyx Həsən Sultan və Əli əl-Əsvad da ömürlük həbs cəzasına məhkum ediliblər.

Məhkəmənin qərarından sonra Bəhreyndə kütləvi aksiyalar başlayıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.