DÜNYA


Belarusda seçicilərin 81 faizi Aleksandr Lukaşenkoya səs verib

Minsk, 10 avqust, AZƏRTAC

Belarusun Mərkəzi Seçki Komissiyası bu gün keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, nəticəyə görə seçicilərin 81 faizi Aleksandr Lukaşenkoya səs verib.

Svetlana Tixanovskaya isə səslərin 8 faizini toplaya bilib.

Qeyd edək ki, yerli vaxtla səhər 08:00-da açılan seçki məntəqələrində səs vermək üçün seçici siyahısına 6 milyon 844 min 932 nəfər daxil edilib. Ən çox seçici Minsk şəhərində (1 milyon 241 min 21 nəfər), ən az seçici isə Qrodnensk vilayətində (751 min 84 nəfər) qeydə alınıb.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.