DÜNYA


Belçikada çoxdan axtarılan erməni cinayətkar Polşada yaxalanıb

Varşava, 28 sentyabr, AZƏRTAC

Polşanın Şesine şəhərində erməni əsilli cinayətkar yaxalanıb. O, əvvəllər yaşadığı Belçikanın Ostende şəhərində törətdiyi cinayət əməllərinə görə yerli hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmişdi.

Otuz yaşlı erməni cinayətkarın üzərindən saxta Rumıniya, Belçika və Yunanıstan pasportları tapılıb. Polşa polisləri beynəlxalq sistemə daxil olaraq onun kriminal keçmişi ilə də tanış olublar.

Erməni cinayətkar bir neçə qadının zorlanması, silahlı müqavimət və çoxsaylı qarətlərə görə 2015-ci ildə Brügge məhkəməsi tərəfindən 25 il azadlıqdan məhrumetmə cəzası almış, lakin ölkədən qaçmışdı. Cinayətkarın şəkli Avropanın bütün əlaqədar axtarış saytlarında dərc olunmuşdu.

Belçika artıq cinayətkarın ekstradisiyası ilə bağlı Polşa hökumətinə müraciət edib.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.