REGİONLAR


Bərdə rayon Qaradəmirçi kəndində 624 şagird yerlik yeni məktəb inşa edilir

Bərdə, 7 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Bərdə rayon Qaradəmirçi kənd tam orta məktəbi üçün 624 şagird yerlik yeni bina inşa edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, üçmərtəbəli yeni məktəb binası sinif otaqları, fənn kabinələri, kimya, biologiya və fizika laboratoriyaları, idman və akt zalları, kitabxana, oxu zalı, bufet, yeməkxana və digər otaqlardan ibarətdir. Hazırda binanın üçüncü mərtəbəsində dəmir-beton və hörgü işləri aparılır.

Məktəbin həyətində qazanxana, generator, içməli, çirkab və yanğın əleyhinə su anbarları tikiləcək, idman meydançası yaradılacaq, abadlıq və yaşıllıq işləri həyata keçiriləcək. Tikinti işlərinin 2021-ci ilin may ayında başa çatdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.