REGİONLAR


Bərdədə “44 gün” sənədli filminin təqdimatı olub

Bərdə, 6 dekabr, AZƏRTAC

Bərdə Rayon Mədəniyyət Mərkəzində “44 gün” sənədli filminin təqdimatı olub. Tədbirdə şəhid ailələri, qazilər, təhsil və mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, 30 illik erməni işğalına son qoyulmasından danışılıb. Bildirilib ki, şəhidlərin həyat və döyüş yolu haqqında filmləri nümayiş etdirməkdə məqsəd vətənpərvərliyin mənəvi dəyər olduğunu bir daha hər kəsə aşılamaq, bu dəyəri tərbiyə elementinə çevirmək, həmçinin gənc nəsildə vətənpərvərlik hisslərinin daha da artırılmasına nail olmaqdır.

Sonra “44 gün” sənədli filmi nümayiş olunub. Qəhrəman döyüşçülərimizdən bəhs edən film izləyicilərə duyğulu anlar yaşadıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.