REGİONLAR


Bərdədə “Dastana dönən şəhid” filminin təqdimatı olub

Bərdə, 19 avqust, AZƏRTAC

Bərdədə Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin xatirəsinə həsr edilən “Dastana dönən şəhid” filminin təqdimatı olub. Tədbirdə şəhid ailələri, qazilər, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, Azərbaycan hərbçilərinin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan danışıblar.

Sonra Günel Əliqızının layihə rəhbərliyi və Şöhrət Eyvazovun ssenarisi əsasında çəkilmiş "Dastana dönən şəhid" filmi nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.