CƏMİYYƏT
Bərdədə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb
Bakı, 16 iyun, AZƏRTAC
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirləri uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Samux kənd sakini Röyal Kərimov daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. R.Kərimovun kənd ərazisindəki əkin sahəsində narkotik tərkibli bitkiləri aqrotexniki qaydalarla yetişdirdiyi müəyyən olunub və oradan 42 çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.