CƏMİYYƏT
Bərdədə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb
Bakı, 10 avqust, AZƏRTAC
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirləri uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən Otuzikilər kənd sakini Vüqar Əliyev daxil olmuş məlumat əsasında Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. V.Əliyevin yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 16 çətənə kolu və 13 kiloqramdan artıq qurudulmuş marixuana götürülüb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində təhqiqat aparılır.