CƏMİYYƏT


Bərdədə keçmiş məhkum köşkdən pul, tütün məmulatları və kompüter oğurlayıb

Bakı, 26 fevral, AZƏRTAC

Bərdədə keçmiş məhkum köşkdən pul, tütün məmulatları və kompüter oğurlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 20-də rayon ərazisindəki köşklərin birindən 300 manat məbləğində pul, 2000 manat dəyərində tütün məmulatları və kompüter oğurlamaqda şübhəli bilinən Qaradağlı kənd sakini, əvvəllər məhkum olunmuş H.Süleymanov Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.