REGİONLAR
Bərdəlilər 10 milyonuncu sakinin dünyaya gəlməsini konsert və ağacəkmə aksiyası ilə qeyd ediblər
Bərdə, 8 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması respublikanın hər yerində olduğu kimi, Bərdə rayonunda da sevinclə qeyd olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu əlamətdar hadisə münasibətilə Bərdə şəhərinin mərkəzi meydanında bayram tədbiri keçirilib. Üç min nəfərin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək, ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində müsbət demoqrafik şəraitin bərqərar olduğunu diqqətə çatdırıb.
Rəngarəng konsert proqramı ilə davam edən bayram tədbiri atəşfəşanlıqla başa çatıb.
Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə rayonda ağacəkmə aksiyası da keçirilib. Aksiya zamanı 3 min ədəd ağac və gül kolu əkilib.