DÜNYA


Berlin taxıl ixracatında Kiyevə kömək edəcək

Berlin taxıl ixracatında Kiyevə kömək edəcək

Berlin, 27 aprel, AZƏRTAC

Məlum olduğu kimi, Ukraynada hərbi əməliyyatlar bu ölkədə təkcə əkin işlərini deyil, həm də məhsulun dünya bazarına çıxarılması perspektivlərini də mürəkkəbləşdirib. Bu işdə onlara gözlənilmədən Almaniyadan kömək gəlib.

AZƏRTAC xəbər verir ki, bu ölkənin hökuməti hərbi əməliyyatlarla bağlı dünyanın müxtəlif ölkələrinə taxılın ixracatında yaranan çoxsaylı logistika problemlərinin həllində Kiyevə yardım göstərməyi vəd edib.

Hazırda dəniz nəqliyyatının tətbiqinin qeyri-mümkünlüyünü belə çətinliklərdən biri hesab etmək olar. Berlin indi dəmir yolu vasitəsilə xüsusi “taxıl körpüsü”nü dövriyyəyə buraxmağı təklif etmək niyyətindədir. Bu addım qlobal ərzaq böhranının yaranması ehtimalının qarşısını ala bilər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.