İDMAN


“Beşiktaş” klubu daha bir futbolçunu heyətinə cəlb edib

Bakı, 9 avqust, AZƏRTAC

İstanbulun “Beşiktaş” futbol klubu növbəti transferini reallaşdırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Fransanın “Qenqam” klubunun rəsmi “Twitter” səhifəsində yer alıb.

Məlumatda İstanbul təmsilçisinin Fransanın “Qenqam” klubunun 24 yaşlı sol cinah müdafiəçisi Pedro Rebeşunu heyətinə cəlb etdiyi qeyd olunub. Liqa 2 təmsilçisini portuqaliyalı futbolçunu satın alması şərti ilə “Beşiktaş”a icarəyə verdiyi bildirilib.

“Benfika”nın yetirməsi olan oyunçu 2017-ci ildə “Qenqam” komandasına transfer edilib. Ötən mövsüm Fransa çempionatında 36 oyunda meydana çıxan futbolçu 8 məhsuldar ötürmə verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.