İDMAN


“Beşiktaş” yeni mövsümə “Trabzonspor”u məğlub etməklə start verib

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 13-də futbol üzrə Türkiyə çempionatının I turunda "Beşiktaş" səfərdə "Trabzonspor"un qonağı olub.

AZƏRTAC xəbər verir ki, "Ali Sansalan" stadionunda keçirilən qarşılaşmada istanbullular rəqiblərini 3:1 hesabı ilə məğlub ediblər. "Beşiktaş"ın heyətində Tayler Boyd (29), Bernard Mensah (64) və Jeremain Lens (74) fərqlənib. Trabzon təmsilçisinin yeganə qolunu isə Abdulqadir Omur vurub.

Beləliklə, "Beşiktaş" yeni mövsümə "Trabzonspor"u məğlub etməklə başlayıb.

Gün ərzində keçirilən digər oyunlarda "Ankaragücü" doğma meydanda "Ərzurumspor"a 1:2 hesabı ilə uduzub. "Kayserispor" isə öz meydanında "Kasımpaşa"nı minimal hesabla üstələyiblər. "Gənclərbirliyi" isə səfərdə "Antalyaspor"a 2:0 hesabı ilə uduzub.

Yeni mövsümdə Superliqada 21 komanda yarışır. Birinci turda "Konyaspor" istirahət edir.

Çempionatın birinci turuna sentyabrın 14-də "Hatayspor" – "Başakşəhər" matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, ötən mövsüm Türkiyə çempionatının qalibi "Başakşəhər" olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.