İDMAN


Beşinci İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək ağırlıqqaldırma üzrə Azərbaycan millisinin ilkin heyəti müəyyənləşib

Bakı, 27 iyul, AZƏRTAC

Türkiyənin Konya şəhərində keçiriləcək beşinci İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək ağırlıqqaldırma üzrə Azərbaycan millisinin ilkin heyəti müəyyənləşib.

AZƏRTAC Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, “Konya-2021”də qadınların yarışında Nazilə İsmayılova (45 kq), Elnarə Abbasova (71 kq) və Anastasiya Mum (76 kq), kişilərin mübarizəsində isə Tehran Məmmədov (61 kq), İsa Rüstəmov (67 kq), Paşa İbrahimli (73 kq), Füqan Əliyev (81 kq), Kamran İsmayılov (89 kq), Dadaş Dadaşbəyli (102 kq) və Əli Şükürlünün (109 kq) iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, beşinci İslam Həmrəyliyi Oyunlarında ağırlıqqaldırma yarışları avqustun 11-15-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.