İQTİSADİYYAT


Bəxtiyar Əsgərov: Naxçıvanda həyatın bütün sahələrində inkişaf mövcuddur

Bakı, 17 aprel, Elvin Camalov, AZƏRTAC

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi tədbirlər, proqramlar Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Caspian Energy” jurnalının Naxçıvan Muxtar Respublikasının lider olduğu Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqinin nəticələrinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı zamanı Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədri olduğu “Caspian European Club”un 2017-ci il üçün Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqinin nəticələrinə görə Naxçıvan MR lider seçilməsi münasibətilə “Caspian Energy” jurnalının təqdimatının keçirilməsi böyük əhəmiyyət daşıyır. Bu onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi tədbirlər, proqramlar Naxçıvan MR-də də uğurla həyata keçirilir.

B.Əsgərov qeyd edib ki, bütün iqtisadi göstəricilər bu jurnalda öz əksini tapıb. “Caspian Energy” jurnalında iqtisadi göstəricilər sxemlərlə, diaqram göstəriciləri ilə ardıcıl şəkildə verilib. Naxçıvan MR-in 2017-ci ildə iqtisadi reytinq göstəricilərinə görə birinci yerə çıxması təbii haldır. Naxçıvanda həyatın bütün sahələrində inkişaf mövcuddur. İstər özünün enerji təhlükəsizliyini, istərsə də ərzaq təhlükəsizliyini təmin etməsi onu göstərir ki, son illər ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət Naxçıvanda uğurla həyata keçirilir. Bu jurnal dünyanın 70 ölkəsində paylanılır və diqqət mərkəzindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.