İQTİSADİYYAT


Beynəlxalq Əmanət Günü ilə bağlı vebinar keçiriləcək

Bakı, 10 noyabr, AZƏRTAC

31 oktyabr - Beynəlxalq Əmanət Günü, həmçinin noyabr ayı Maliyyə Savadlılığı ayıdır.

Azərbaycan Banklar Assosiasiyasından (ABA) AZƏRTAC-a bildirilib ki, noyabrın 11-də Mərkəzi Bank, ABA və “Sparkassen-Finanzgruppe” şirkəti tərəfindən “Beynəlxalq Əmanət Günü: pulumu necə idarə edim?” adlı vebinar keçiriləcək. Vebinarda pulun idarə olunması, gələcək sərmayə olaraq istifadə edilməsi, müştəri-bank münasibətləri, pulu bankda saxlamağın üstünlükləri, Mərkəzi Bakın rəqəmsal identifikasiya sistemi haqqında çıxışlar ediləcək, müzakirələr aparılacaq. Vebinar “Zoom” platforması üzərindən həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.