İDMAN


Beynəlxalq Atletika Federasiyasının yeni adı və loqosu təqdim olunub

Bakı, 11 iyun, AZƏRTAC

Beynəlxalq Atletika Federasiyasının İcraiyyə Komitəsinin 217-ci iclasında təşkilatın yeni adı və loqosu təqdim edilib.

AZƏRTAC Azərbaycan Atletika Federasiyasının saytına istinadla xəbər verir ki, təşkilatın yeni adı “World Athletics” olub. Bu ad idmanın daha yeni, modern və yaradıcı tərəfini göstərmək üçün seçilib.

Beynəlxalq Atletika Federasiyası əvvəlki adı ilə 100 ildən çox müddətdə fəaliyyət göstərib. Yeni ad oktyabrda Dohada keçiriləcək dünya çempionatından sonra istifadə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.