QAN YADDAŞI


Beynəlxalq Türk Akademiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

Nur-Sultan, 25 fevral, AZƏRTAC

Qazaxıstanın paytaxtında fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı aktı nəticəsində yüzlərlə insanın, o cümlədən yaşlıların, qadınların və uşaqların qətlə yetirildiyi, insanlıq tarixinin ən qanlı faciələrindən birinin baş verdiyi bildirilir.

Bəyanatda, həmçinin deyilir: “Beynəlxalq Türk Akademiyası olaraq Xocalı faciəsinin 28-ci ildönümündə qardaş Azərbaycan xalqının üzüntüsünü və kədərini bölüşür, bütün insanlığa qarşı yönəlmiş bu cinayət aktını lənətləyirik. Belə cinayətlərin bir daha baş verməməsi üçün beynəlxalq ictimaiyyəti bu vəhşiliyi qınamağa, baş verənlərə obyektiv qiymət verməyə çağırır, Azərbaycan dövlətinin başlatdığı “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasını dəstəkləyirik. Xocalıda qətlə yetirilən bütün insanları dərin hüznlə anır, Azərbaycan dövlətinə və xalqına başsağlığı veririk”.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.