CƏMİYYƏT


Beynəlxalq Türk Akademiyası erməni hərbi qüvvələrinin son təxribatları ilə bağlı bəyanat yayıb

Nur-Sultan, 15 iyul, AZƏRTAC

Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində bədnam erməni hərbi qüvvələri tərəfindən törədilən qanlı təxribatla əlaqədar Beynəlxalq Türk Akademiyası bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda azərbaycanlı əsgərlərin həlak olması və yaralanması kəskin şəkildə pislənilir, konfliktin BMT Təhlükəsizlik Şurasının qətnamələri, hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri, ərazi bütövlüyü və suverenliyi çərçivəsində sülh yolu ilə həllinə ümid bəslənildiyi vurğulanır.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.