İDMAN


Beynəlxalq dərəcəli hakim Eldar Əliyev CEV tərəfindən yeni təyinat alıb

Bakı, 18 fevral, AZƏRTAC

Beynəlxalq dərəcəli hakim Eldar Əliyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

AZƏRTAC xəbər verir ki, həmyerlimiz kişi voleybolçular arasında CEV kuboku yarışlarının ilk yarımfinal oyunları çərçivəsində keçiriləcək "Zenit" (Rusiya) - "Maasek" (Belçika) qarşılaşmasının baş hakimi olacaq. Ona serbiyalı Deyan Roqiç kömək edəcək.

Qarşılaşma fevralın 24-də Sankt-Peterburqda təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.