İDMAN


Beynəlxalq dərəcəli hakim Zaur Hacıyev CEV kuboku yarışlarına təyinat alıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Beynəlxalq dərəcəli hakim Zaur Hacıyev qadın voleybolçulardan ibarət CEV (Avropa Voleybol Konfederasiyası) kuboku yarışlarına təyinat alıb.

AZƏRTAC xəbər verir ki, o, turnirin təsnifat mərhələsinin birinci oyunları çərçivəsində Rusiya klubları - “Proton” və “Uraloçka” arasında keçiriləcək görüşdə ikinci hakim funksiyasını yerinə yetirəcək. Matçın baş hakimi belaruslu Sergey Vaitsiaxoviç olacaq.

Görüş noyabrın 17-də Rusiyanın Saratov şəhərində keçiriləcək.

Komandalar arasında cavab oyunu noyabrın 23-də Yekaterinburqda (Rusiya) təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.