ELM VƏ TƏHSİL


“Beynəlxalq ekologiya hüququ” adlı dərslik nəşr olunub

Bakı, 29 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyevin və universitetin Hüquq Klinikasının rəhbəri, hüquq üzrə elmlər doktoru Turqay Hüseynovun həmmüəllif olduğu “Beynəlxalq ekologiya hüququ” dərsliyi rus dilində Moskvada nəşr olunub.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, kitabda Rusiya Federasiyasının tanınmış hüquqşünas alimlərinin, o cümlədən Kazan Federal Universitetinin və BDU-nun Hüquq fakültələrinin əməkdaşlarının da müəllif yazıları yer alıb.

Dərslik beynəlxalq ekologiya hüququ istiqamətində olan mühüm məlumatlar və ümumiləşdirmələr əsasında tərtib edilib. Dərslikdən müəllimlər, doktorantlar, elmi işçilər, hüquq üzrə təhsil alan tələblər yararlana bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.