İQTİSADİYYAT


Bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma qeydə alınıb

Bakı, 14 may, AZƏRTAC

Cari ilin aprel ayında ötən aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma vaflinin, peçenyenin, unun, makaron məmulatlarının, düyünün, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün qiymətlərində qeydə alınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövr ərzində bahalaşma pendirin, yoqurtun, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, heyvanın, narın, naringinin, almanın, armudun, soğanın, kartofun, bibərin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə şirəsinin, mineral suların, arağın, ucuzlaşma isə əsasən yumurtanın, qozun, fındığın, xiyarın, kələmin və çuğundurun qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.