CƏMİYYƏT
Biləsuvarda miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib
Bakı, 12 oktyabr, AZƏRTAC
Biləsuvarda növbəti maarifləndirmə tədbiri keçirilib.
Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, budəfəki onlayn tədbir Lənkəran regional miqrasiya idarəsinin xidməti ərazisi olan Biləsuvar rayonunda fəaliyyət göstərən inzibati ərazi dairələri üzrə nümayəndəliklər ilə “Pandemiya dövründə Azərbaycanda miqrasiya proseslərinin tənzimlənməsi, olduğu yer üzrə qeydiyyat qaydaları və qanunsuz miqrasiyaya qarşı mübarizə” mövzusunda reallaşıb.
Görüşdə elektron xidmətlərdən istifadə, olduğu yer üzrə qeydiyyata alınma qaydaları, qanunsuz miqrasiyaya qarşı aparılan mübarizə tədbirləri barədə iştirakçılara ətraflı məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.