CƏMİYYƏT


Biləsuvarda polis əməkdaşları küçə ticarəti, avara və dilənçiliklə məşğul olan şəxslərlə bağlı nəzarət tədbirləri keçirib

Bakı, 13 avqust, AZƏRTAC

Yay aylarında kənd təsərrüfatı və digər ərzaq məhsullarından zəhərlənmə riskinin artması nəzərə alınaraq küçə ticarətinin qarşısının alınması ilə bağlı nəzarət tədbirləri gücləndirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə nəzarət-profilaktiki tədbirlər zamanı yol və səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan, ərzaq məhsullarını heç bir gigiyenik norma və tələb gözlənilmədən elə yolun kənarında yığan şəxslər müəyyənləşdirilib. Onlarla ətraflı şəkildə izahedici söhbətlər aparılıb və yalnız müəyyənləşdirilmiş yerlərdə ticarətlə məşğul olmağın zəruriliyi barədə xəbərdarlıqlar edilib.

Polis əməkdaşlarının sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı, həmçinin məişət tullantılarının ətrafa atılması faktları aşkarlanıb. Ərazinin zibillənməsi halları ilə bağlı həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib edilib.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları, eyni zamanda, avara və dilənçiliklə məşğul olan şəxslərlə bağlı tədbirlər də təşkil edib. Bu kimi hallarla bağlı müəyyənləşdirilən şəxslərlə profilaktiki söhbətlər aparılıb və onlar qeydiyyatda olduqları rayonlara göndəriliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.