REGİONLAR
Biləsuvarda tərəvəz sahələrindən 5506 ton məhsul toplanılıb
Biləsuvar, 26 sentyabr, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda tərəvəz yığımı davam edir. Cari ilin 8 ayı ərzində məhsul istehsalçıları becərdikləri tərəvəz sahələrindən 39 min 576 ton məhsul toplayıblar. Yığılan tərəvəz əsasən Bakı və Sumqayıt şəhərlərindəki bazarlara göndərilir.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, biləsuvarlı əkinçilər cari ilin məhsulu üçün erkən yazda 1284,2 hektar sahədə tərəvəz əkiblər. Bu da ötən ildəkindən 528,5 hektar çoxdur. Xeyli vaxtdır ki, əkinçilər becərdikləri tərəvəz sahələrinin məhsulunu toplayırlar. İlin ötən ayları ərzində sahələrdən 39 min 576 ton məhsul tədarük olunub. Yığılan məhsulun 2 min 863,4 tonunu xiyar, 33 min 960 tonunu pomidor, 297,8 tonunu badımcan, 165,7 tonunu bibər, 152,9 tonunu sarımsaq, 456,2 tonunu soğan, 1909,5 tonunu yaşıl noxud, 5,7 tonunu yaşıl lobya, 72 tonunu boranı, 292,4 tonunu isə digər tərəvəz məhsulları təşkil edib. Tərəvəz yığımında rayonun Xırmandanlı, Günəşli, Ağayrı, Ağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində fəaliyyət göstərən fermerlər xüsusilə fərqlənirlər.
Rayonda tərəvəz yığımı ilin sonuna qədər davam edəcək.