CƏMİYYƏT
“Bilik günü”ndə ölkə ərazisində 37 dərəcə isti olacaq
Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycanda sentyabrın 15-i - yeni tədris ilinin ilk gününə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-22°, gündüz 30-35° isti, Bakıda gecə 20-22°, gündüz 32-34° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində - 760 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 18-23°, gündüz 30-35° isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava yağmursuz olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 15-20°, gündüz 32-37° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 17-22°, gündüz 30-35° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 15-20° , gündüz 28-33° isti, dağlarda gecə 9-14°, gündüz 19-24° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 18-23°, gündüz 31-36° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 21-23°, gündüz 29-34° isti, dağlarda gecə 15-20°, gündüz 24-29° isti olacağı gözlənilir.