CƏMİYYƏT
Binəqədi rayon sakinindən 15 kiloqram narkotik vasitələr aşkarlanaraq götürülüb
Bakı, 23 aprel, AZƏRTAC
Binəqədi rayon sakinindən 15 kiloqram narkotik vasitələr aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Hüseynov Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Binəqədi rayonu ərazisində saxlanılıb. Axtarış zamanı ondan 29 qramdan artıq heroin, 19 qramdan artıq metamfetamin aşkarlanıb.
Davam etdirilən tədbirlərlə onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə olaraq 12 kiloqram 135 qram heroin, 2 kiloqramdan artıq metamfetamin və 868 qramdan artıq tiryək götürülüb.
Faktla bağlı araşdırma aparılır.