CƏMİYYƏT


Binəqədi rayonunda “Biz 10 milyonluq ölkəyik” adlı ağacəkmə aksiyası keçirilib

Bakı, 8 aprel, AZƏRTAC

Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlər, islahatlar əhalinin rifah halının daha da yüksəldilməsinə böyük təkan verir. Sürətli inkişaf, sosial rifahın daha da yaxşılaşması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanda əhalinin artım tempinin qorunub saxlanmasına əminlik yaradır. Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Nigar Ocaqova ilə Rauf Həsənovun ailəsində Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşəbbüsü ilə keçirilən silsilə tədbirlər çərçivəsində rayon gənclərinin iştirakı ilə fləşmob təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Xocasən qəsəbəsində yerləşən Matadrom yaşayış massivində “Biz 10 milyonluq ölkəyik” adlı ağacəkmə aksiyası və Heydər Əliyev adına mədəniyyət və istirahət parkında tanınmış incəsənət xadimlərinin iştirakı ilə bayram konserti keçirilib.

Konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.