CƏMİYYƏT
Binəqədi rayonunda təhsil müəssisələrinin “Facebook” səhifə adminləri ilə sosial şəbəkələrdə işin təkmilləşdirilməsi ilə əlaqədar görüş keçirilib
Bakı, 16 dekabr, AZƏRTAC
Binəqədi rayonunda təhsil müəssisələrinin “Facebook” səhifə adminləri ilə “Sosial şəbəkələrdə işin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərlə bağlı” görüşü keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə çıxış edən qurumun ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov çıxış edib. O, sosial şəbəkələrdə işin təkmilləşdirilməsi istiqamətində görüləcək məsələlərlə bağlı geniş məlumat verərək qeyd edib ki, qloballaşan dünyada mediada təzahür edən yeniliklərdən biri olan sosial şəbəkələrin informasiya məkanında rolu getdikcə artır. İnformasiyanın siyasi proseslərə və münasibətlərə, beynəlxalq və ölkədaxili ictimai rəyə təsir imkanları genişdir.
Şöbənin əməkdaşı Nigar Aslanova Facebook səhifələrini idarə edən adminlərə sosial şəbəkələr, təhlükəsizlik qaydaları, səhifənin təhlili, hesabatlılığı və operativlik haqqında geniş məlumat verib. Şöbənin baş məsləhətçisi Elnur Məmmədov Facebook-da işin təkmilləşdirilməsi ilə əlaqədar öz təkliflərini bildirib.