Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Biologiya və Tibb Elmləri Bölməsinin yığıncağında virusların yayılmasında yarasaların roluna dair məruzə dinlənilib

Biologiya və Tibb Elmləri Bölməsinin yığıncağında virusların yayılmasında yarasaların roluna dair məruzə dinlənilib

Bakı, 30 aprel, AZƏRTAC

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) onlayn ümumi yığıncağı keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri açan AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İradə Hüseynova əvvəlcə iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Akademik İradə Hüseynova bölmə üzvlərinin və dəvət olunmuş mütəxəssislərin diqqətinə çatdırıb ki, bugünkü yığıncağın əsas məqsədi bütün dünya üçün çox aktual olan bioloji təhlükəsizlik kontekstində elmi məruzənin dinlənilməsidir. Müasir şəraitdə milli təhlükəsizliyin, ölkənin davamlı inkişafının tərkib hissəsi kimi geniş dairədə məsələlərin həllini nəzərdə tutan bioloji təhlükəsizlik əhalini və ətraf mühiti patogen bioloji agentlərin təsirlərindən qorumağa yönəlmiş tibbi-bioloji, təşkilati və mühəndis-texniki tədbirlər və vasitələr sistemindən ibarətdir.

Akademikin sözlərinə görə, bioloji təhlükəsizlik məsələsi hər zaman aktual olub, lakin məlum səbəblərdən - koronavirus pandemiyası ilə bağlı son bir ildə bu aktuallıq daha da artıb: “Epidemiyanın ilkin yayılması ilə bağlı müxtəlif versiyalar mövcuddur. Ən çox səslənən fikir ondan ibarətdir ki, bəzi vəhşi heyvanlarda, xüsusən yarasalarda mövcud olan bu virus mutasiyaya uğrayaraq Çinin Uhan şəhərindəki heyvan əti bazarından insanlara keçib və yayılmağa başlayıb. Əslində, koronavirusların varlığı haqqında məlumatlar çox qədimlərə gedib çıxır. Yarasaların sürü halında yaşaması və davranışları, yaşadığı yerlər virusların yayılması və təkamül etməsi üçün münbit şərait yaradır. Orqanizmlərində minlərlə virus daşıdıqları halda, özləri xəstələnmir. Azərbaycanda yarasa növləri və onların fərdləri tarixən geniş yayıldığından onunla bağlı çoxsaylı sualların yaranması təbiidir və yarasaların geniş tədqiq edilməsi maraq doğurur. Bu baxımdan düşünürəm ki, bugünkü məruzə olduqca maraqlı olacaq”.

Sonra AMEA-nın Zoologiya İnstitutunun əməkdaşı, BP şirkətinin Ekoloji şöbəsinin qrup rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Nicat Həsənov “Yarasalar bəzi virusların potensial təbii rezervuarı kimi və yarasa populyasiyalarının müasir metodlarla tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi öz çıxışına yerli yarasalar faunasının qısa təsnifatı, yarasa populyasiyalarının əsas trendləri, zoocoğrafi tərkibi, yarasalarda qeydə alınmış virus xəstəlikləri haqqında ümumi məlumatlarla başlayıb. O qeyd edib ki, Azərbaycanın məməlilər faunasının 25 faizi yarasalar dəstəsinin payına düşür və hazırda ölkə ərazisində 4 fəsiləyə (Nalburun, Hamarburun, Uzunqanad və Büküdodaq fəsilələri) aid 11 cinsi əhatə edən 33 yarasa növü mövcuddur. Ölkəmizdə yayılmış bütün yarasa növləri müstəsna olaraq cücüyeyən olmaqla təbii tənzimləyici rola malikdir, yarasa ekskrementləri ən yüksək keyfiyyətli gübrə hesab olunur və eləcə də bəzi ölkələrdə yarasalar pestisidlərə alternativ kimi də istifadə edilməkdədir.

SARS, MERS, Ebola, COVID-19 və s. kimi xəstəlikləri törədən virusların yayılmasında adı ən çox hallanan canlının yarasalar olduğunu, əsassız mülahizələrin bu faydalı məməlilərin mühafizəsi ilə bağlı yaratdıqları riskləri xatırladan məruzəçi vurğulayıb ki, yarasalar bir sıra yeni bilinən virus xəstəlikərinin yayılmasındakı potensial (və ya təsdiqlənmiş) roluna görə, xüsusilə son 20 ildə elmi ictimaiyyətin, zooloq, veterinar, virusoloqların diqqət mərkəzindədir və onlar bir sıra kompleks və ya multidisiplinar tədqiqat layihələrinin obyektlərinə çevrilib və hazırda da yarasaların tədqiqi çox aktual mövzu olmaqda davam edir.

Nicat Həsənov 2019-2021-ci illərə planlaşdırılmış Qərbi Asiya Yarasalar Şəbəkəsi (WAB-Net) layihəsi çərçivəsində Azərbaycanda yarasalarda koronavirusların öyrənilməsi ilə bağlı ikiillik çöl tədqiqatının detallarını da tədbir iştirakçılarına çatdırıb. Bildirib ki, iki il ərzində Neftçala, Lənkəran və Qax rayonları ərazilərindən 6 növə aid 270-dən çox fərd diri tutularaq onlardan rektal, oral yaxmalar, ekskrement, qan və qanad dəri nümunələri götürülüb və fərdlər təkrar təbiətə buraxılıb. Onun sözlərinə görə, hazırda nümunələr laboratoriya təhlilləri mərhələsindədir.

Məruzədə, həmçinin yarasa exolokasiyasına əsaslanan, aşağı tezlikli ultrasəsləri qeydə alaraq insanın eşitmə diapazonuna çatdıran, eləcə də müxtəlif sonoqram və spektroqram şəklində əks etdirən aktiv və passiv detektorların respublikamızda yarasaların növ tərkibi və aktivlik indeksinin müəyyən edilməsi işinə tətbiqindən danışılıb və tədqiqat nəticələri əyani nümayiş olunub.

Daha sonra akademik İradə Hüseynova, bölmə üzvləri, AMEA-nın müxbir üzvləri Xəlil Qasımov, Nuru Bayramov, Saleh Məhərrəmov, dəvət olunmuş mütəxəssislərdən biologiya üzrə fəlsəfə doktorları Ələmdar Məmmədov, Vəli Qarayev və başqaları məruzəçiyə suallarını ünvanlayıblar.

Məruzə ətrafında aparılan müzakirələrdə akademik Tariyel Talıbov, AMEA-nın müxbir üzvləri Novruz Quliyev, Xəlil Qasımov, İlham Şahmuradov, Bakı Dövlət Universitetinin dosenti, biologiya üzrə fəlsəfə doktoru Əbülfəz Tağıyev çıxış edərək problem üzrə müxtəlif elmi müəssisələrin cəlb olunması ilə daha dərin multidisiplinar tədqiqatların aparılmasının, bu sahədə kadr hazırlığının vacibliyinə diqqət çəkiblər.

Müzakirələrə yekun vuran akademik İradə Hüseynova son dövrlərdə Zoologiya İnstitutunda gənc alim və mütəxəssislərə diqqətin artmasını əlamətdar hal kimi qiymətləndirib. Qeyd edib ki, Zoologiya İnstitutunda Nicat Həsənovun rəhbərliyi ilə tədqiqat qrupu fəaliyyət göstərir və bu qrupun daha da genişləndirilməsi, gücləndirilməsi, ona hərtərəfli dəstəyin göstərilməsi məqsədəmüvafiqdir.

İradə Hüseynova vurğulayıb ki, biotəhlükəsizliklə bağlı bütün proseslərdə akademik elmin, müxtəlif istiqamətli elmi müəssisələrin, yüksəkixtisaslı, geniş diapazonda biliklərə və təcrübəyə malik alim və mütəxəssislərin iştirakı olduqca vacibdir.

Sonra gündəlikdəki digər məsələlərin müzakirəsi aparılıb. Akademik İradə Hüseynova mayın 20-21-də bölmənin təşkilatçılığı ilə keçirilməsi planlaşdırılan “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bu günü və gələcəyi” mövzusunda onlayn konfrans barədə məlumat verib, elmi-tədqiqat müəssisələrini və alimləri tədbirdə fəal iştirak etməyə çağırıb. O, həmçinin işğaldan azad edilmiş ərazilərdə biomüxtəliflik, torpaq və su ehtiyatlarının genişmiqyaslı tədqiqinə başlanılacağına diqqət çəkib, bu sahədə hazırlanan planlardan danışıb.

Daha sonra yığıncaqda bir sıra elmi-təşkilati və kadr məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar