MƏDƏNİYYƏT


“Bir səhvin qurbanı” adlı kitabın təqdimatı olub

Bakı, 29 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ağaxan Abdullayev adına Mədəniyyət Mərkəzində Vüqar Türkanlı və Rəna Vüqarlının “Bir səhvin qurbanı” adlı kitabının təqdimatı keçirilib. Tədbir “Qonağımız var” layihəsi çərçivəsində təşkil edilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edənlər kitabla bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, bəzən düşünülmədən atılan addımların, səhvlərin qurbanı övladlar olur. “Bir səhvin qurbanı” kitabı narkoman atanın keçdiyi keşməkeşli həyat hekayəsindən bəhs edir.

Tədbirin bədii hissəsində Akademik Opera və Balet Teatrının solistləri və qəzəlxanlar çıxış ediblər. Konsert proqramı Mərkəzin rəqs ansamblının “Azərbaycan” rəqsi ilə sona çatıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.