İQTİSADİYYAT


Birinci rübdə Azərbaycanda 7,8 milyard kubmetr əmtəəlik təbii qaz çıxarılıb

Birinci rübdə Azərbaycanda 7,8 milyard kubmetr əmtəəlik təbii qaz çıxarılıb

Bakı, 16 aprel, AZƏRTAC

Yanvar-mart aylarında Azərbaycanda 8 milyon 816,4 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 10 milyard 563,4 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 7 milyard 803,7 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, birinci rübdə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 7 milyard manat olmaqla əvvəlki ilin eyni aylarına nisbətən 5,5 faiz azalıb.

Ölkədə əmtəəlik neft istehsalı 5,3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 12 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.