DÜNYA


Birləşmiş Ştatlar haker vasitələrinin ixracını məhdudlaşdıracaq

Vaşinqton, 21 oktyabr, AZƏRTAC

ABŞ-da bəzi dövlətlərin haker imkanlarını azaltmaq məqsədilə yeni ixrac qaydaları elan edilib.

AZƏRTAC xəbər verir ki, gələn il yanvarın sonuna qədər qüvvəyə minəcək yeni qaydalara əsasən, ABŞ Ticarət Nazirliyinin icazəsi olmadığı halda bəzi dövlətlərə proqram təminatı və avadanlıq satışı qadağan ediləcək.

Ticarət Nazirliyinin bəyanatında bildirilir ki, Birləşmiş Ştatlar yeni texnologiyalardan insan hüquqlarının pozulması və digər pozucu kiberfəaliyyət məqsədilə istifadə edilməsinin əleyhinədir.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, ilkin hesablamalara görə, 2021-ci ilin birinci yarısında Amerika strukturları kiberdələduzlara 590 milyon dollar ödəyiblər. Bu, 2020-ci ildəki müvafiq göstərici ilə müqayisədə 42 faiz çoxdur. Maliyyə nazirliyi xəbərdarlıq edir ki, belə ödənişlərin real həcmi bir neçə milyard dollara bərabər ola bilər.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.